Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.07.2016 09:26
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə ISO sertifikatlarının yeni versiyası AMEA Təcrübə-Sənaye Zavoduna təqdim edilib

Azərbaycanda ilk dəfə ISO sertifikatlarının yeni versiyası AMEA Təcrübə-Sənaye Zavoduna təqdim edilib

Azərbaycanda ilk dəfə AMEA-nın Təcrübə-Sənaye Zavoduna inteqrə edilmiş idarəetmə sistemi standartları üzrə (İSO 9001:2015, İSO 14001:2015, OHSAS 18001:2007) yeni versiya olan beynəlxalq sertifikatlar təqdim edilib.

Son zamanlar AMEA Təcrübə-Sənaye Zavodunda (TSZ) burada fəaliyyət göstərən istehsalat proseslərinin beynəlxalq standartlarla tənzimlənən  proseslərə inteqrasiyası zərurəti ortaya çıxmışdır.  Bunu nəzərə alaraq, cari ilin yanvar ayında zavodda İSO 9001:2015, İSO 14001:2015 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələbləri əsasında keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi idarəetmə sistemlərindən ibarət olan İnteqrəedilmiş İdarəetmə Sisteminin tətbiqinə başlanmışdır. Bu məqsədlə “Zygon Caspian Consultinq” şirkətinin məsləhətçilərinin iştirakı ilə nəzərdə tutulmuş tədbirlər planının yerinə yetirilməsi üçün TSZ-də genişmiqyaslı təlim proqramları, xüsusilə keyfiyyət, ətraf mühit və əməyin təhlükəsizliyi üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

“SGS” şirkəti tərəfindən keçirilmiş audit yoxlamalarının nəticələrinə görə, AMEA TSZ-yə İSO 9001:2015, İSO 14001:2015 və OHSAS 18001:2007 beynəlxalq standartları üzrə Sertifikatların verilməsi qərara alınmış və 20 iyul 2016-cı il tarixdə Beynəlxalq Sertifikat təntənəli şəkildə zavod rəhbərliyinə təqdim olunmuşdur.

Qeyd edək ki, TSZ AMEA-da adıçəkilən beynəlxalq standartlar üzrə sertifikat almış ilk təşkilat olmaqla yanaşı, həm də Azərbaycanda İSO 9001:2015 beynəlxalq standartının yeni versiyası üzrə Sertifikat alan birinci müəssisədir.

AMEA TSZ-də istehsal olunan məhsulların artıq beynəlxalq sertifikatlarla təsdiq edilmiş yüksək keyfiyyət standartlarına malik olması zavodun kollektivi qarşısında ciddi vəzifələr qoymuşdur. Belə ki, sertifikatların əldə edilməsi AMEA-da elmin kommersiyalaşdırılması üzrə hədəflərə çatması üçün bazar mühitində önəmli perspektivlərə yol açır. Bu isə yaxın gələcəkdə Azərbaycan elminə əsaslanan məhsulların daxili bazarda payının artması ilə yanaşı, ixrac potensialı və rəqabət qabiliyyətinin də artırılması ilə nəticələnəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: