Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fiziologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

AMEA Fiziologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

AMEA Fiziologiya İnstitutunun elmi şurasının iclasında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev çıxışında həmin illərdə baş vermiş hadisələrdən danışıb. Qanlı 20 Yanvarı xalqımızın şərəfli qəhramanlıq günü kimi xatırlayan Afiq Qazıyev o gecənin dəhşətli anlarını yada salıb, insanların etdiyi şücaətdən danışıb.

A.Qazıyev bu günün təkcə qanlı tarix deyil, eyni zamanda xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulayıb.

Sonra çıxış edən Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova 20 Yanvar hadisələrini çökən imperiyanın əks sədası hesab edib. Qeyd edib ki, ölkədə kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 135 insan qətlə yetirildi, yüzlərlə vətəndaş yaralandı və itkin düşdü.

Xalqın Sovet ordusuna inamından danışan elmi işçi Bakıya yeridilmiş qoşun hissələri arasında ruslardan əlavə ermənilərin də olduğunu deyib. Bütün bunların başında Qarbaçovun dayandığını söyləyən S.Hüseynova bu hadisələrin hələ 1988-ci ildən hazırlanıldığını xatırladıb.

Fiziologiya İnstitutunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək qanlı faciə zamanı həlak olanların məzarları üzərinə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: