Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Xalçaşünaslıq sektoru yaradılıb
14.07.2016 10:51
  • A-
  • A
  • A+

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Xalçaşünaslıq sektoru yaradılıb

Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik olan xalçaçılıq sənətinin nəzəri və praktik materiallar əsasında araşdırılması, ölkəmizdə boyaqçılıq tarixi və ənənələrini, bu ənənələrin müasir tətbiq perspektivlərinin araşdırılması müasir dövrün aktual problemlərindəndir.

Qeyd olunanları əsas götürərək, AMEA Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli iclasında Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunda Xalçaşünaslıq sektorunun yaradılması və yeni sektorun əsasnaməsinin təsdiq edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Tarix üzrə fəlsəfə doktoru Vidadi Muradov AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsinə təyin edilmişdir.

Qərara əsasən, “Azər-İlmə” MMC AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun bazası hesab edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: