Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Bakı Dövlət Universiteti ilə yeni layihəyə başlayıb
11.07.2016 15:09
  • A-
  • A
  • A+

AMEA Bakı Dövlət Universiteti ilə yeni layihəyə başlayıb

Bu məqsədlə Bakı Dövlət Universitetində (BDU) AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə birgə “İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması” mövzusunda seminar keçirilib.

Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetdə nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-ci ildən aparıldığını bildirib. Rektor Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlərin aparıldığını qeyd edib.

BDU-nun nanoaraşdırmalar laboratoriyasında aparılan işlər barədə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Bildirilib ki, laboratoriyada son yeddi ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si “Thomson Reuters” Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Bütünlüklə laboratoriyada bu dövrdə ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilib.

Seminarda, eyni zamanda, bu istiqamətdə dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb, işçi qrup yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: