Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Rusiyada beynəlxalq konfransda çıxış edib
10.07.2016 19:21
  • A-
  • A
  • A+

Azərbaycan alimi Rusiyada beynəlxalq konfransda çıxış edib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiyanın Voronej Dövlət Universitetində keçirilən “Fiziki-kimyəvi analiz” mövzusunda XI Beynəlxalq Kurnakov elmi konfransında iştirak edib.

Konfransın plenar iclasında azərbaycanlı alimin “Fiziki-kimyəvi analiz topoloji izolyatorların materialşünaslığında” mövzusunda məruzəsi dinlənilib.

Səfər çərçivəsində M.Babanli Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Rusiyanın bir sıra elmi müəssisələri, o cümlədən Voronej Dövlət Universiteti ilə birgə elmi-tədqiqat işləri və gələcək əməkdaşlıq planlarını müzakirə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: