Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunda gürcüstanlı alimin məruzəsi dinlənilib
01.07.2016 13:16
  • A-
  • A
  • A+

Fizika İnstitutunda gürcüstanlı alimin məruzəsi dinlənilib

AMEA Fizika İnstitutunda “Nano-qəfəsli laylarda geometrik aşqarlanma” mövzusunda seminar keçirilib.

Tədbirdə institutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov seminarın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, məqsəd Gürcüstanla elmi əlaqələr qurmaq, birgə elmi tədqiqatlar aparmaqdır.

Sonra Gürcüstanın İlya Universitetinin professoru Avtandil Tavxelidzenin mövzu ilə bağlı məruzəsi dinlənilib.

Alim nano-qəfəsli laylar, bu laylarda aparılan metal ölçmələrin nəticələri və aparılan təcrübələr barədə məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra qonaq Fizika İnstitutunun innovasiya sektorunda quraşdırılan maddi-texniki baza və burada çalışan alimlərin elmi fəaliyyəti ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: