"Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarına əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və diplomu ilə təltif olunub.
Alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, orta əsrlər Azərbaycanın ictimai-iqtisadi, mədəni həyatı, Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, orta əsrlər ərəbdilli mənbələrin öyrənilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.