Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər üç dildə nəşr olunub
30.06.2016 10:44
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər üç dildə nəşr olunub

AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Dədəm Qorqud belə demiş” kitabı üç dildə nəşr olunub.

Nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ilk dəfə Azərbaycan, ingilis və rus dillərində dərc olunub.

Kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli nəşrə “Qorqud atanın müdrikliyi” adlı “Ön söz” yazıb.

Toplunun elmi məsləhətçisi Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: