Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın “Riyaziyyat və  Mexanika İnstitutunun əsərləri” jurnalı “Thomson Reuters”in bazasına daxil edilib
29.06.2016 16:14
  • A-
  • A
  • A+

AMEA-nın “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı “Thomson Reuters”in bazasına daxil edilib

İyunun 29-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən AMEA Rəyasət Heyətinin səyyar iclasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun ““Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı “Thomson Reuters”in bazasında” adlı məruzəsi dinlənilib. Professor M.Mərdanov bildirib ki, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin riyaziyyat üzrə böyük tarixi ənənələrə malik nüfuzlu mətbu nəşri olan “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalı “Thomson Reuters” şirkətinin “Emerging Sources Citation Index (ESCI)” siyahısına daxil edilib.

Alim qeyd edib ki, ESCI bazasına yüksək qiymətləndirilən impakt-faktorlu jurnallar daxil edilir. O vurğulayıb ki, agentlik hər hansı bir elmi jurnalı öz bazasına daxil edərkən nəşrin vaxtı-vaxtında çap edilməsini, məqalələrin məzmununun elmi-populyar olmasını, jurnalın redaksiya heyəti, eləcə də çap olunan məqalələrin müəllifləri üçün ölkə və region baxımından müxtəlifliyin gözlənilməsini və digər prinsipləri əsas götürür. M.Mərdanov onu da əlavə edib ki, sözügedən nəşrin agentliyin bazasına daxil edilməsi üçün institut bütün tələblərə cavab verir.

Tədbirdə Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib. Bu sahədə əldə olunmuş təcrübənin yayılması üçün zəruri tədbirlərin görülməsi barədə qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: