
21.06.2016 11:46
AMEA-nın Folklor İnstitutu ilə Türkiyə universitetləri arasında əməkdaşlıq genişlənir
Türkiyəli alimlər AMEA-nın Folklor İnstitutunda olublar.
Türkiyənin Konya Necmettin Erbakan Universitetinin professoru Ali Berat Alptekin, Elazığ Fırat və Çorum Hitit universitetlərinin müəllimləri Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovla görüşüblər.
Görüşdə tərəflər folklorşünaslığın müasir vəziyyəti və əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.