Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsinin Nəbatat bağının fəaliyyəti genişləndirilir
20.06.2016 11:49
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Nəbatat bağının fəaliyyəti genişləndirilir

AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında bitkilərin biomüxtəlifliyinin öyrənilməsi və toxum genefondunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür, geniş elmi-tədqiqat işləri aparılır.

Qeyd edək ki, Nəbatat bağının sahəsi 13,2 hektar, muxtar respublika üzrə balansında olan torpaqların sahəsi isə 80 hektardan artıqdır. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genefondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Nəbatat bağında “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana quraşdırılıb. İstilikxana tam avtomatlaşdırılmış iqlim nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi bitkilərin normal inkişafına imkan verir. Burada sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər bu kimi mənşəli bitkilər olmaqla 10 bölmə yaradılıb və 100-ə yaxın bitki əkilib. Artıq bu bitki növlərinin bəziləri muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılıb və açıq havada çoxaldılmasına başlanılıb. Həmçinin təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin biologiya və coğrafiya ixtisaslarının tələbələrinin iştirakı ilə açıq dərslər keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: