Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Applied and Computational Mathematics” yenidən 0.717 impakt faktorla ölkəmizin elmini uğurla təmsil edir
17.06.2016 17:03
  • A-
  • A
  • A+

“Applied and Computational Mathematics” yenidən 0.717 impakt faktorla ölkəmizin elmini uğurla təmsil edir

Dünyada elmi qiymətləndirmənin ən mötəbər sistemi hesab edilən və ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Thomson Reuters” Agentliyinin Elmi İnformasiya İnstitutunun 2015-ci il üçün hesabatı açıqlanıb.

Hesabatın bir bölməsində dünyada çap olunan elmi jurnalların reytinq siyahısı dərc edilib.

Bu siyahıda Azərbaycanı yeganə elmi nəşr – “Applied and Computational Mathematics” (“Tətbiqi və Hesablama Riyaziyyatı”) jurnalı təmsil edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə çap olunan və “Thomson Reuters” Agentliyinin son reytinq cədvəlinə əsasən impakt faktoru 0,717-yə yüksəlmiş bu jurnal MDB məkanında ilk üçlüyə, Şərqi Avropa regionu üzrə isə ilk beşliyə daxil olub. Bu fakt Azərbaycan elminin dünyada tanınması və qəbul edilməsi deməkdir.

Xatırladaq ki, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunan “Applied and Computational Mathematics” jurnalı 2002-ci ildən nəşr edilir. Nəşrin redaksiya heyətinə dünyanın 20-dək ölkəsini təmsil edən tanınmış alımlər cəlb olunublar.

İldə üç nömrəsi çap olunan jurnalda müasir nəzəri və tətbiqi riyaziyyatın aktual istiqamətlərində alınmış ən son elmi nəticələr dərc edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: