Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.06.2016 16:02
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbul üçün müsahibə keçirildi

İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbul üçün müsahibə keçirildi

Müasir dövrdə elm və təhsilin innovativ inkişafı və bu sahələrin inteqrasiyası mühüm nailiyyətlərin əldə olunması, peşəkar kadr hazırlığı siyasətinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da elm və təhsilin inteqrasiyası əsasında yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdən biri kimi öz əksini tapmışdır. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası qarşısında müəyyən vəzifələr qoyulub və hazırda akademiyada bu istiqamətdə genişmiqyaslı islahatlar aparılır, müvafiq tədbirlər həyata keçirilir. AMEA-da magistratura təhsilinin yaradılması da bu qəbildən olan tədbirlərdəndir.

13-14 iyun tarixlərində AMEA İnformasiya Texnologiyaları İnstitutunda yüksək biliyə malik və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq həvəsi olan bakalavrların seçilməsi məqsədilə institutun magistratura pilləsinə qəbul üçün müsahibə keçirildi.

İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. İnstitutun magistrləri təhsil aldıqları müddətdə elmi məqalələr dərc etdirmək, beynəlxalq və respublika konfranslarında, eləcə də qrant layihələrində iştirak etmək, xaricdə təcrübə qazanmaq imkanı əldə edirlər. Magistrlərə xarici dil, informatika və ixtisas fənləri peşəkar müəllimlər tərəfindən yüksək səviyyədə tədris edilir.

Qeyd edək ki, 2016-2017-ci tədris ili üçün AMEA-nın magistraturalarına qəbul olunmaq istəyən bakalavrların ixtisaslaşma seçimi iyunun 19-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: