Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Moldоva Elmlər Akademiyasının fəxri həqiqi üzvü seçilib
14.06.2016 09:36
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Moldоva Elmlər Akademiyasının fəxri həqiqi üzvü seçilib

Moldovanın paytaxtı Kişineu şəhərində Moldova Elmlər Akademiyasının yaranmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin rəsmi açılışında ölkə rəhbərliyinin nümayəndələri, xarici qonaqlar, mədəniyyət birliklərinin və şirkətlərin təmsilçiləri, tədqiqatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Moldova Respublikasının Prezidenti cənab Nikolae Timofti açıb. 

Mərasimdə görkəmli elm xadimlərinə fəxri adlar və mükafatlar təqdim olunub. Riyaziyyat sahəsində aldığı mühüm nəticələrə görə tanınmış Azərbaycan alimi, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya  müdiri, akademik Asəf Hacıyevə Moldova Elmlər Akademiyasının fəxri həqiqi üzvü adı verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: