Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dünya ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi və Türk xalqları ədəbiyyatı fənləri üzrə minimum imtahanları keçirilib
13.06.2016 14:40
  • A-
  • A
  • A+

Dünya ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi və Türk xalqları ədəbiyyatı fənləri üzrə minimum imtahanları keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Dünya ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi və Türk xalqları ədəbiyyatı fənləri üzrə minimum imtahanları keçirilib. İmtahanda AMEA-nın Ədəbiyyat və Folklor institutlarının, həmçinin Gəncə Dövlət Universitetinin doktorant və dissertantları iştirak ediblər.

AMEA Rəyasət Heyətinin 4 noyabr 2015-ci il tarixli qərarı ilə doktorluq imtahanları üçün təsdiq edilmiş  test suallarının təqdim edildiyi imtahanda gənclərə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb. Müəssisədə imtahan komissiyası yaradılıb, imtahan bitdikdən dərhal sonra nəticələr elan edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: