Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

RSXM-in əməkdaşları Gürcüstanda keçirilən seminarda ölkəmizdə aparılan seysmoloji tədqiqatların nəticələri ilə bağlı çıxış edib
09.06.2016 16:59
  • A-
  • A
  • A+

RSXM-in əməkdaşları Gürcüstanda keçirilən seminarda ölkəmizdə aparılan seysmoloji tədqiqatların nəticələri ilə bağlı çıxış edib

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin başçılığı ilə mərkəzin bir qrup əməkdaşı Gürcüstanda səfərdə olub.

"Qafqaz regionunun seysmik riski" mövzusunda keçirilən seminarda iştirak edən seysmoloqlar Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və onun nəticələri ilə bağlı çıxış ediblər.

Seminarda Azərbaycanla yanaşı, ABŞ, Türkiyə, İran və digər ölkələrdən olan alim və mütəxəssislər də iştirak ediblər.

Tədbirdə, həmçinin seysmik riskin öyrənilməsi ilə bağlı SWFT proqramı və onun iş prinspi təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: