Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.06.2016 16:54
  • A-
  • A
  • A+

“Horizon-2020” proqramı çərçivəsində növbəti treninq keçirilib

“Horizon-2020” proqramı çərçivəsində növbəti treninq keçirilib

AMEA-nın Əsas binasında Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020” çərçivəsində treninq keçirilib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə bir çox ölkələrdən olan alim və mütəxəssislər iştirak ediblər.

Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev təqdimatla çıxış edib.

Alim layihələrin tərtibi, müxtəlif sahələr üzrə koordinatorların yerli əlaqələndiricilərlə işləmə mexanizmi və digər məsələlərə dair təcrübəsini dinləyicilərlə bölüşüb. Təlimdə iştirakçılar elmi ideyalarını həyata keçirmək üçün layihələrin Avropa Komissiyasına təqdim edilməsi qaydaları və layihələrin Komissiya tərəfindən qiymətləndirilməsi meyarları ilə tanış olublar. Eyni zamanda tədqiqatçılara layihələrin “Horizon-2020”nin tələblərinə uyğun formada hazırlanması məqsədi ilə ekspertlərlə məsləhətləşmələrin aparılması və digər proseslərə dair tövsiyələr verilib.

Tədbir Beynəlxalq Əlaqələr İdarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bunyamin Seyidovun “Horizon-2020” proqramının “Cəmiyyətlə və cəmiyyət üçün elm” istiqaməti üzrə təqdimatı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: