Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

162 nömrəli məktəbdə “Kiçik akademiya” açılıb
03.06.2016 08:35
  • A-
  • A
  • A+

162 nömrəli məktəbdə “Kiçik akademiya” açılıb

AMEA Gənc Alim və Mütəxəssislər Şurası elmlə təhsilin vəhdətinin yaradılması siyasətinə uyğun olaraq fəaliyyətini genişləndirməkdədir. Bu qurum orta məktəblərdə elmin təbliği və populyarlaşdırılması məqsədilə “Bu günün şagirdi, sabahın alimi” layihəsini həyata keçirir.

Layihə çərçivəsində Səbail rayonundakı Etibar Əliyev adına 162 nömrəli orta məktəbdə “Kiçik akademiya”nın açılışına həsr olunan tədbir keçirilib.

Məktəbin direktoru Sevinc Abbasova təhsil müəssisəsi barədə məlumat verib, “Kiçik akademiya”nın məqsəd və fəaliyyətindən, perspektivlərindən danışıb.

Kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev təmsil olunduğu qurum tərəfindən qısa müddətdə elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələrdən söz açıb, 162 nömrəli məktəbdə fəaliyyətə başlayan “Kiçik akademiya”nın əhəmiyyətini qeyd edib.

Tədbirdə “Kiçik akademiya”nın əsasnaməsi, marşı və loqosu təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: