Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək
31.05.2016 17:50
  • A-
  • A
  • A+

“Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

28-30 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Texniki Universitetində “Maşınqayırmada intellektual texnologiyalar” mövzusunda Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

Konfransın işinin nəticələrinə görə mükafata layiq işlər müəyyən ediləcək və bu işlərin müəlliflərinə mükafatlar təqdim olunacaq.

Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tezislərini 15 iyun 2016-cı il tarixinədək konfransın Təşkilat Komitəsinə göndərə bilərlər.

Konfransın işi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:

- İntellektual idarəetmə sistemləri;

- Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri;

- Maşınların layihələndirilməsində innovativ metodlar;

- Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər;

- Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası;

- Bərk cisim, maye və qaz mexanikasının problemləri;

- Logistik sistemlər;

- Təhsildə intellektual texnologiyalar və resurslar;

Məruzələrin tərtibatına dair tələblər: 

- Mətnlər Word-A4 formatında 5 səhifə həcmində olmalıdır;

- Times New Roman, 12 şrift, 1 interval 1,0. yazılmalıdır;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;

Konfransda təqdim olunan və Təşkilat Komitəsi tərəfindən seçilən məqalələr “Maşınşünaslıq” beynəlxalq elmi-texniki jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Ünvan: Bakı şəh., H.Cavid prosp. 25, Azərbaycan Texniki Universiteti

Telefon: (+994 12) 538 33 60, 539 13 21, 539 09 82, 539 10 27

E-mail: conferenseaztu@gmail.com, conference@aztu.edu.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: