Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Dövlət Televiziyasında "Elm və İnnovasiya" elmi-populyar proqramı təşkil olunacaq
25.05.2016 18:16
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Televiziyasında "Elm və İnnovasiya" elmi-populyar proqramı təşkil olunacaq

Bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. Əsas məqsəd biliklər iqtisadiyyatı şəraitində innovativ layihələrin müzakirəsi, tətbiqi perspektivləri, müxtəlif elm və texnologiya sahəsindəki yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın artırılmasıdır.

İclasda "Elm və İnnovasiya" elmi-populyar proqramının təşkil olunması ilə bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə  müraciət olunması təklif edilib. AMEA-nın elmi bölmə və müəssisələrinə tapşırılıb ki, proqramda müzakirə olunacaq mövzularla bağlı təkliflər hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim etsinlər.

Qeyd edək ki,son illər AMEA-da gedən islahatların tələblərinə uyğun olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində siyasət tamamilə yenidən qurulmuş, elmi nailiyyətlərin və biliklərin cəmiyyətdə populyarlaşdırılması sahəsində bir sıra konseptual addımlar atılmışdır. İctimaiyyətlə elmi mühit arasında əlaqənin daha sıx və dinamik şəkildə təşkili, görkəmli alimlərin kütləvi informasiya vasitələri ilə tanıdılması və əldə olunan elmi nailiyyətlərin populyar şəkildə çatdırılması məqsədi ilə Rəyasət Heyəti aparatında İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılmış, bütün elmi müəssisələrdə ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər təyin olunmuşdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: