Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Molekulyar  Biologiya və Biotexnologiyalar İnstitutunun elmi seminarında promotorlarla bağlı məruzə dinlənilib
24.05.2016 12:50
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi seminarında promotorlarla bağlı məruzə dinlənilib

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən elmi seminarda bu müəssisənin Bioinformatika laboratoriyasının müdiri, hazırda Səudiyyə Ərəbistanında Kral Abdulla adına Elm və Texnologiyalar Universitetində tədqiqatlar aparan, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun “Promotorlar: yeni faktlar, yeni baxışlar” mövzusunda məruzəsi dinlənilib.

İ.Şahmuradov müxtəlif genomların oxunması nəticəsində genomlarda kodlaşmış genlərin tənzimləyici elementi olan promotorların struktur və funksional müxtəlifliyi, onların genom ardıcıllığında yerləşdiyi yerlərin təyin olunması üçün hazırlanmış kompüter proqramlarının effektivliyi, həmçinin iki genin transkripsiyasını həyata keçirə bilən promotorlar və müasir elmi baxışlar barədə məlumat verib.

Məruzədə genom ardıcıllıqlarının müqayisəli kompüter analizi nəticəsində aşkar olunmuş, xüsusən də eyni promotor ardıcıllığından sağ və solda yerləşən genin transkripsiyası ilə bağlı əldə olunmuş yeni faktlar diqqətə çatdırılıb. 

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: