Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2016 17:32
  • A-
  • A
  • A+

“Gənclərin həyatında psixologiyanın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

“Gənclərin həyatında psixologiyanın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Bakı Dövlət Universiteti Tələbə Həmkarları İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin Sosial elmlər və psixologiya fakültəsinin tələbə və magistrləri üçün “Gənclərin həyatında psixologiyanın rolu” mövzusunda maarifləndirici elmi seminar təşkil olunub.

Tədbirdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bildirib ki, elmin təbliği məqsədi daşıyan bu cür marifləndirici seminarların əhatə dairəsi getdikcə genişlənməkdədir. Seminarlar demək olar ki, bütün elm sahələrini əhatə edəcək. Şura sədri bu gün təqdim olunacaq məruzənin olduqca aktual problemə həsr edildiyini vurğulayıb.

Bu il AMEA-da magistratura təhsilinə 60-dan çox ixtisas üzrə qəbulun aparılacağını söyləyən F.Salmanov qeyd edib ki, universitet tələbələrinin qəbulda iştirak etməsi onların elmi fəaliyyətlərində geniş imkanlara yol açacaq.

Daha sonra AMEA Fəlsəfə İnstitutunun Sosiologiya və psixologiya şöbəsinin elmi işçisi Elnur Rüstəmov seminarın mövzusu üzrə geniş təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: