Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Gəncədə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda Beynəlxalq Forum keçiriləcək
17.05.2016 14:48
  • A-
  • A
  • A+

Gəncədə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda Beynəlxalq Forum keçiriləcək

10-14 oktyabr 2016-cı il tarixlərində qədim Gəncə şəhərində AMEA  Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda Beynəlxalq Forum keçiriləcək.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” 24 fevral 2016-cı il tarixli Sərəncamına əsasən keçiriləcək.

Forumda dünyanın bir sıra ölkələrini təmsil edən gənc alim və mütəxəssislər dünya elmi üçün aktuallıq kəsb edən mühüm məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Beynəlxalq tədbirdə “Dünyanın inteqrasiya prosesləri və Azərbaycan gəncliyi”, “Qlobal multikulturalizm və Azərbaycan modeli”, “Nizami Gəncəvi irsi: Azərbaycandan dünyaya” və s. mövzular üzrə müzakirələr aparılacaq.

Forumda iştirak etmək istəyənlər məruzələrin tezislərini 15 avqust 2016-cı il tarixinədək Təşkilat Komitəsinə göndərə bilərlər.

Məruzələrin tərtibatına dair tələblər: 

- Konfransa onun istiqamətlərinə uyğun materiallar qəbul olunur. 

- Mətnlər Word-A4 formatında 2 səhifə həcmində olmalıdır;

- Times New Roman, 14 şrift, 1 intervalla, soldan 2,5 sm., yuxarı və aşağı 2 sm., sağ 1 sm., abzaslar 1.25 sm. parametrlərinə uyğun yazılmalıdır.;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;

- Növbəti sətirdə (müvafiq ulduzla işarə olunan) təşkilatın tam adı, şəhər, ölkə, məruzəçinin elektron ünvanı kursiv və 12pt ölçülü şriftlə qeyd olunmalıdır. Xülasənin mətni hər üç dildə adekvat olmalıdır.

- Mətndə şəkil JPEG formatında yerləşdirilməlidir.

Ünvan: Bakı şəh., Hüseyn Cavid pros. 115.

Telefon: (+994 12) 539 25 79, (+994 50) 334 69 39.

 E-mail: forum.ganja.2016@gmail.com

Əlavə məlumatı www.gencalimler.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: