Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA ilə Rusiya Lev Qumilyov Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
11.05.2016 12:56
  • A-
  • A
  • A+

AMEA ilə Rusiya Lev Qumilyov Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AMEA Rəyasət Heyətində Rusiya Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin və Mərkəzin layihə koordinatoru Anna Korolevskaya ilə görüş keçirilib. Akademiya ilə Mərkəz arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədini daşıyan görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva iştirak edib.

Görüşdə iki qurum arasında müvafiq sahədə əməkdaşlığın genişləndirilməsi, prioritet elmi istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.

Həmçinin qeyd olunub ki, yaxın vaxtlarda iki qurumun təşkilatçılığı ilə AMEA-nın Alimlər Evində Lev Qumilyovun həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans və birgə təqdimatların keçirilməsi nəzərdə tutulur.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: