Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiyaya qarşı biokomplekslərin alınması və tətbiqi istiqamətində tədqiqatlar aparılır
16.01.2014 00:00
  • A-
  • A
  • A+

Radiasiyaya qarşı biokomplekslərin alınması və tətbiqi istiqamətində tədqiqatlar aparılır

AMEA Radiasiya Problemləri İnstitutunun "Radioprotektorlar" laboratoriyasında radiasiyaya qarşı orqanizmlərin davamlılığını artıran, şüa zədələnmələrində bərpaedici xassələr göstərən sintetik və təbii mənşəli biokomplekslərin alınması və tətbiqi istiqamətində tədqiqatlar aparılır. Laboratoriyanın müdiri, kimya üzrə fəlsəfə doktoru Asim Abdullayev bildirir ki, 2003-cü ildən fəaliyyət göstərən laboratoriya Taras Şevçenko adına Kiyev Universitetinin Biologiya institutunun “Molekulyar biologiya və genetika” laboratoriyası, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Molekulyar Biologiya və Genetika, həmçinin Hüceyrə biologiyası və Gen Mühəndisliyi institutları ilə elmi əməkdaşlıq edir. Laboratoriyada aparılmış tədqiqatlar alınmış biokomplekslərin kənd təsərrüfatında mikrogübrə, təbabətdə isə kimyəvi və şüa terapiyası zamanı yaranan fəsadları aradan qaldırmaq üçün immunstimullaşdırıcı və radioprofilaktik bioloji aktiv əlavə kimi istifadəsini tövsiyə etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: