Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA və Latviya Elmlər Akademiyası arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafına dair Memorandum imzalanıb

AMEA və Latviya Elmlər Akademiyası arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafına dair Memorandum imzalanıb

Bu gün AMEA Rəyasət Heyətində Latviya Elmlər Akademiyasının (LEA) prezidenti, akademik Oyars Sparitisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan və Latviya respublikaları arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Oyars Sparitis AMEA ilə elmi əməkdaşlığa dair LEA-nın təkliflərini azərbaycanlı həmkarın diqqətinə çatdırıb. Təkliflər ətrafında müzakirələr aparılıb.

Akif Əlizadə bildirib ki, AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, Arxeologiya və Etnoqrafiya, Ədəbiyyat, Coğrafiya, Botanika və digər institutlarının rəhbərləri Latviya Elmlər Akademiyası və bu ölkənin ali məktəbləri ilə elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layi¬hə, ezamiyyət, treninq və digər tədbirlər həyata keçirmək niyyətindədirlər.

Görüşün sonunda “Latviya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında” Memorandum imzalanıb. Sənəddə 2014-2015-ci illərdə fizika-texnika və kimya-biologiya elmləri sahəsində müştərək formada fundamental və tətbiqi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, mədəniyyət abidələrinin bərpası üzrə birgə layihələrin mümkünlüyü, Latviyada gənc mütəxəssislər üçün iqtisadi elmlər üzrə təlim bazasının yaradılması imkanları, həmçinin innovativ layihələrin həyata keçirilməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: