Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub
10.05.2016 09:17
  • A-
  • A
  • A+

Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub

AMEA Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən konfrans keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının tarixindəki fəaliyyətindən danışıb. Qeyd edilib ki, 1993-cü ildə Ümummilli Liderin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. Bu dahi rəhbərin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Həmçinin görkəmli dövlət xadiminin təşəbbüsü və rəhbərliyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi keçirilib.

Vurğulanıb ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olub.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu Öndər dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Tarixi əhəmiyyət daşıyan bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynayıb.

Digər çıxış edənlər də görkəmli dövlət xadiminin yüksək mənəvi keyfiyyətlərindən, Azərbaycanın inkişafı naminə apardığı siyasətdən söz açıblar. Vurğulanıb ki, dövlətçilik tariximizin ən parlaq səhifəsi məhz Heydər Əliyev tərəfindən yazılıb. Bu gün dahi şəxsiyyətin ideyalarını hər sahədə uca tutan, onları gerçəkləşdirən Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasət sayəsində xalqımızın milli mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: