Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” kitabı çap edilib
27.04.2016 12:30
  • A-
  • A
  • A+

Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” kitabı çap edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” kitabı çap edilib.

XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi və  Bakı ədəbi mühitində yazıb-yaradan, öz dövründə şair, rəssam və müəllim kimi tanınan Mirzə Ağadadaş Münirinin əlyazması çap şeirləri ilə birlikdə nəşrə hazırlanıb. Kitabda şairin əsərləri “Qəzəllər”, “Müxtəlif şeirlər”, “Qəmli sətirlər” və “Mənzum məktublar” bölümlərində verilib.

Kitabı nəşrə hazırlayan və ön söz müəllifi institutun böyük elmi işçisi Sona Xəyal, redaktorları Mircəlal Zəki və Rauf Şeyxzamanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: