Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Dəyişən dərəcəli Lebeq fəzasında harmonik analizin inteqral operatorları" mövzusunda seminar-məşğələlər keçirilir
26.04.2016 10:22
  • A-
  • A
  • A+

"Dəyişən dərəcəli Lebeq fəzasında harmonik analizin inteqral operatorları" mövzusunda seminar-məşğələlər keçirilir

AMEA Riyaziyyat və Mexanika İnstitutunda aprelin 15-dən başlayaraq "Dəyişən dərəcəli Lebeq fəzasında harmonik analizin inteqral operatorları" mövzusunda seminar-məşğələlər keçirilir. Məşğələlər bu elmi müəssisənin Riyazi analiz şöbəsinin aparıcı elmi işçisi, r.e.d., dos. Rövşən Bəndəliyev və Varşava Texnologiya Universitetinin professoru Przemyslav Qorka ilə birgə aparılır.

Seminarlarda riyaziyyat və mexanikanın müxtəlif sahələri üzrə məruzələr dinlənilir, burada çalışan alimlərlə elmi diskussiyalar aparılır.

Professor P.Qorkanın əsas fəaliyyət istiqamətləri harmonik analizin müasir sahələrini əhatə edir. Polşalı alim Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevlə bu istiqamətdə müzakirələr aparıb, birgə elmi işlərin aparılması qərara alınıb.

Qeyd edək ki, iki ölkənin elm və təhsil müəssisələri arasında əməkdaşlıq keçən ilin iyun ayından başlanıb. Əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar aparılır, konfrans və seminarlar keçirilir, elmi məqalələr hazırlanır, həmçinin kadr və təcrübə mübadiləsi aparılır.

Seminarlar aprel ayının 27-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: