Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Şərqşünaslıq İnstitutu ilə Polşa EA Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb
21.04.2016 11:06
  • A-
  • A
  • A+

AMEA Şərqşünaslıq İnstitutu ilə Polşa EA Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Polşa Elmlər Akademiyasının Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutu arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Varşavada keçirilən görüşdə sənədi Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva və Aralıq Dənizi və Şərq Mədəniyyətləri İnstitutunun direktoru, professor Teodosiya Rzeuska imzalayıblar.

Sənəddə uyğun şöbələr arasında qarşılıqlı fayda kəsb edən layihələrin, elmi tədqiqat işlərinin həyata keçirilməsi, kadr, zəruri ədəbiyyat və dövri nəşrlərin mübadiləsi, birgə simpozium və konfransların, həmçinin elmi işçi və doktorantlar üçün ixtisaslaşmış kursların təşkili nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: