Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın illik Ümumi yığıncağı keçiriləcək
21.04.2016 09:34
  • A-
  • A
  • A+

AMEA-nın illik Ümumi yığıncağı keçiriləcək

Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın illik Ümumi yığıncağının keçirilməsi məsələsi müzakirə olunub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev yığıncağın gündəliyindəki məsələlər haqqında məlumat verib. Akademik qeyd edib ki, tədbirin  gündəliyində "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrası haq­qında yekun hesabat, AMEA Rəyasət Heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, AMEA-da bəzi struktur islahatları, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatlarının təqdimatı kimi məsələlər yer alıb.

Rəyasət Heyəti AMEA-nın illik Ümumi yığıncağının bu il aprelin 29-da keçirilməsi və gündəliyinin təsdiq olunması haqqında qərar qəbul edib. Həmçinin illik Ümumi yığıncağın müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması, tədbirlə əlaqədar sərginin təşkili və digər məsələlərlə bağlı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: