Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Cəmil Əliyev Beynəlxalq Elmlər Akademiyasının yüksək mükafatına layiq görülüb
20.04.2016 09:48
  • A-
  • A
  • A+

Akademik Cəmil Əliyev Beynəlxalq Elmlər Akademiyasının yüksək mükafatına layiq görülüb

Aprelin 18-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq Elmlər Akademiyasının (BEA) akademiki Cəmil Əliyev Beynəlxalq  Elmlər Akademiyasının (Avstriya) yüksək mükafatı – Nobel mükafatı laureatı  Pavlov adına  Qızıl döş nişanı ilə təltif olunub.

Milli Onkologiya Mərkəzində keçirilən təntənəli  təqdimat mərasimində BEA-nın prezidenti, akademik Valter Koflerin akademik Cəmil Əliyevə ünvanladığı  təbrik məktubunda xüsusilə  qeyd edilir ki, onkologiya sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri kimi Sizin – görkəmli alimin  fəal elmi və praktik yaradıcılığı, böyük yaradıcılıq potensialınız  600-dən artıq   elmi məqalənin nüfuzlu nəşrlərdə dərc olunması, 17 monoqrafiya, onlarca ixtira  bir çox ölkələrin beynəlxalq konfranslarında  iştirakınıza  imkan vermişdir.  Siz 2001-ci ildən BEA-nın akademikisiniz.

BEA-nın bütün üzvləri adından sizi 70 illiyiniz münasibətilə təbrik edir və möhkəm cansağlığı, rifah və dünya elmi və Sizə Azərbaycanın inkişafı və çiçəklənməsi naminə bundan sonra da fəal yaradıcılıq fəaliyyəti arzu edirəm.

Mərasimdə BEA Azərbaycan bölməsinin adından akademik Cəmil Əliyevə Beynəlxalq  Elmlər Akademiyasının yüksək mükafatı – Nobel mükafatı laureatı  Pavlov adına Qızıl döş nişanı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: