Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2014 00:00
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü qeyd edilib

Respublika Seysmoloji Xidmət Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü qeyd edilib
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Azərbaycan xalqının müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad olunub.RSXM-in direktoru, geologiya-mineralogiya üzrə elmlər doktoru Qurban Yetirmişli 1990-cı il 20 Yanvar hadisələrini xatırlayaraq bildirib ki, bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır.Q.Yetirmişli Azərbaycanın öz müstəqilliyinə qovuşduqdan sonra sürətlə inkişaf etdiyini və bu gün dünya ölkələri arasında öz yerini tutduğunu bildirib.Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, RSXM-in əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Telman Əliyev qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada bu hadisə ilə bağlı etiraz bəyanatı verməklə, bütün dünyanın diqqətini Bakıda baş verən hadisələrə yönəltmişdir. T.Əliyev 20 yanvar şəhidlərinin xatirəsinin hər zaman xalqıın qan yaddaşında yaşayacağını söyləyib.20 Yanvar hadisələrinin həm də Azərbaycan xalqının mübarizə günü olduğunu bildirən AMEA RSXM-in direktor müavini Ramiz İsgəndərov Sovet rejiminin bu cür qətliamlar, faciələr törətməklə xalqın iradəsini sındırmağa çalışdığını vurğulayıb: “Tarix və zaman göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyi uğrunda şərəflə mübarizə apardı və azadlığına qovuşdu”.Tədbirdə çıxış edən RSXM-in Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli və digərləri 20 Yanvar faciəsinin ildönümünün hər il dövlət səviyyəsində qeyd edilməsinin vacibliyini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: