Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

"Kinemetriks" şirkətinin vitse-prezidenti Respublika Seysmoloji Xidmət Mərkəzində olub
05.04.2016 09:58
  • A-
  • A
  • A+

"Kinemetriks" şirkətinin vitse-prezidenti Respublika Seysmoloji Xidmət Mərkəzində olub

ABŞ-ın "Kinemetriks" şirkətinin vitse-prezidenti Ogie Kuraica AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Qonaq RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb.

Görüşdə "Kinemetriks" şirkəti ilə RSXM arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.  

Qeyd edək  ki, hazırda RSXM-in respublika ərazisində fəaliyyət göstərən 35 peyk rabitəsi ilə işləyən seysmik stansiyası var. Həmin stansiyalarda quraşdırılmış avadanlıqlar ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: