AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 28 mart-1 aprel 2016-cı il tarixlərində Rusiya Federasiyasında elmi ezamiyyətdə olacaq.
M.Seyidbəyli Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Elm və Texnologiya Tarixi İnstitutunun XXII illik elmi konfransında “Azərbaycanda neft sənayesinin tarixi – Bibi Heybət buxtasının yaranması” mövzusunda məruzə ilə çıxış edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.