Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.03.2016 13:41
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşlarının Novruz sərgisi açılıb

AMEA-nın əməkdaşlarının Novruz sərgisi açılıb

Martın 18-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının əl işlərindən ibarət Novruz sərgisi açılıb.

Sərginin açılış mərasimində AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə və akademiyada Novruz bayramına həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Bildirilib ki, artıq üçüncü ildir AMEA-da əməkdaşların əl işlərindən ibarət müxtəlif mövzularda sərgilər təşkil edilir və bunun hər il keçirilməsi nəzərdə tutulur. Bugünkü sərgidə isə Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının xalqımızın qədim bayramlarından olan Novruzu, onun atributlarını əks etdirən rəsm əsərləri nümayiş olunur.

Digər çıxış edənlər də Novruz bayramının qədim adət-ənənələrindən söz açıb, sərginin əhəmiyyətini vurğulayıblar.

Sərgidə institutun altı əməkdaşının ümumilikdə 22 əsəri nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: