Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan multikulturalizminin bədii qaynaqlarına bir baxış” mövzusunda məruzə dinlənilib
16.03.2016 09:51
  • A-
  • A
  • A+

“Azərbaycan multikulturalizminin bədii qaynaqlarına bir baxış” mövzusunda məruzə dinlənilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanın ədəbi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin “Azərbaycan multikulturalizminin bədii qaynaqlarına bir baxış” mövzusunda məruzəsi dinlənilib.N.Qasımzadə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən danışıb.Azərbaycan multikulturalizminin dərin köklərə malik olduğunu qeyd edən məruzəçi ədəbiyyatımızda, xüsusilə ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin, Füzulinin, Nəsiminin və digər böyük ədiblərin əsərlərində multikulturalizm ideyalarından söz açıb, fikirlərini əsərlərdən gətirdiyi nümunələrlə əsaslandırıb.

Qeyd edilib ki, “Kitabi-Dədə Qorqud” dastanında, ümumiyyətlə ədəbi irsimizdə çoxdinlilik – İslam, xristianlıq və digər dinlər təbliğ olunur. Azərbaycan çox qədim tarixə və zəngin mədəniyyətə malikdir.

Sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək bildirib ki, humanist və demokratik ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyilN.Vəlixanlı gənclərə bu mövzuda daha fəal olmalarını tövsiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: