www.science.az
08.01.2014 00:00

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

Bu gün AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi.AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyevgündəlikdə duran məsələlər barədə məlumat verdi, AMEA elmi müəssisə və təşkilatlarında 2013-cü ildə MM sahəsində görülən işlər, əldə olunan nailiyyətlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələrdən söz açdı.Tədbirdə AR “Mülki-müdafiə haqqında qanun”un və Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarının tələblərini Rəhbər heyət, Fövqəladə hallar komissiyası, MM qərargahı və hərbiləşdirilməmiş MM qüvvələrinin komandir-rəis heyəti tərəfindən mənimsənilməsi və yerinə yetirilməsi səviyyəsinin müəyyən olunması, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, həmçinin qəza-xilasetmə işlərinin təşkili və aparılmasında MM qüvvələrinin idarəetmə bacarığı üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə məşqlərin keçirilməsi, maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edildi.Daha sonra II Xüsusi şöbəsinin aparıcı mütəxəssisi Əlimərdan Məhəmmədov MM sahəsində olan vasitələr, əmlakın saxlanılmasına diqqətin yönəldilməsi, ümumi təyinatlı hərbiləşdirilməmiş dəstələrin direktiv sənədlərə uyğun yaradılması metodikası, dəstələrin MM hazırlığı proqramına uyğun olaraq həyata keçirilməsi, onların fərdi mühafizə dəstələri ilə təminatı və bu dəstələrdən istifadə olunması qaydaları barədə məlumat verdi.Sonda bir sıra cari məsələlərə də baxıldı.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.