www.science.az
04.03.2016 10:01

Yapon mühəndisləri təsviri gözün torlu qişasına proyeksiya edən eynək ixtira ediblər

“Nikkei Technology” nəşri yazır ki, Yaponiyanın “QD Laser” şirkəti təsviri skan edərək onu birbaşa gözün torlu qişasına proyeksiya edən eynək prototipi hazırlayıb.

Tokio Universitetinin əməkdaşları ilə birgə şirkətin mühəndisləri tərəfindən hazırlanmış "torlu qişanın lazer skanı" adlı innovativ texnologiya zəif görmə qabiliyyətli insanları göz əzələlərinin gərginliyindən xilas edəcək. Belə ki, eynək özü skan zamanı əldə olunmuş təsviri gözün torlu qişasına proyeksiya edəcək.

Hazırda “QD Laser” şirkəti Əczaçılıq Preparatları və Tibbi Qurğular Agentliyi (“Pharmaceuticals and Medical Devices Agency”, “PMDA”) ilə konsultasiyalar aparır. Bu ixtiranın əlavə edilmiş reallıq texnologiyasına (augmented reality, AR) malik tibbi qurğu kimi istehsalı məsələsi müzakirə edilir.

Əlavə edilmiş reallıq texnologiyasından istifadə edən kompüter qurğuları real vaxt rejimində vizual təsviri qəbul edilən obyektlər haqda virtual məlumatlarla tamamlanır. "Əlavə edilmiş reallıq" texnologiyası tibb, hərbi texnika, kompüter oyunları və mobil texnologiyalarda geniş tətbiq edilir.

www.point.md/ru