Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyətində "Elm TV İnternet televiziyası" şöbəsi yaradılıb
03.03.2016 10:11
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində "Elm TV İnternet televiziyası" şöbəsi yaradılıb

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində "Elm TV İnternet televiziyası" şöbəsi yaradılıb. Bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

"Elm TV İnternet televiziyası" şöbəsinin   fəaliyyətinə texnoloji dəstək verilməsini təmin etmək AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə tapşırılıb. Yeni şöbənin müdiri vəzifəsinə isə Xatirə Cabbarzadə təyin edilib.

Qeyd edək ki, Elm TV İnternet televiziyası İnformasiya Texnologiyaları İnstitutu tərəfindən formalaşdırılmışdır. Hazırda Akademiyanın ictimai informasiya siyasəti mərkəzləşmiş qaydada AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilir. Akademiyada informasiya siyasəti üzrə işin  daha çevik həyata keçirilməsini, həmçinin vahid rəhbərlik tərəfindən uğurlu koordinasiya edilməsini təmin etmək məqsədilə Elm TV-nin də İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdir.

İşgüzar  komandaya, müvafiq avadanlıqlara və müasir standartlara uyğun iş təcrübəsinə malik Elm TV İnternet televiziyası artıq bir neçə ildir ki, AMEA-nın müxtəlif qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlər haqqında videomaterialların hazırlanması, birbaşa yayımının həyata keçirilməsi, həmçinin  dünya elminin nailiyyətləri ilə bağlı videoçarxların çəkilişi sahəsində uğurla fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: