www.science.az
10.01.2014 00:00

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı İspaniyada keçirilən konfransda iştirak edir

10 yanvar 2013-cü il tarixdə AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq layihələr və informasiya şöbəsininmüdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mətanət Mehrabova İspaniyanın Tenerif adasında keçirilən konfransda iştirak edir. Tədbirdə M.Mehrabovanın “CdMnTe epitaksial təbəqələrinin elektrofiziki və optik xassələri” adlı plenar məruzəsi və “CdMnTe yarımmaqnit yarımkeçiricilərinin elektron quruluşunun təməl prinsipindən hesablanması”, “Cd MnTe bərk məhlullarının nazik təbəqələri” adlı 2 seksiyada çıxışı olacaq.

Üç gün davam edəcək konfransda M.Mehrabova “Sistemlərin nəzəriyyəsi, materialşünaslıq” seksiyasına da rəhbərlik edəcək.

Qeyd edək ki, ezamiyyət Ukrayna Elmi Texnoloji Mərkəzi tərəfindən maliyyələşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.