Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.02.2016 18:01
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalı ilə təltif olunub

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” medalı ilə təltif olunub

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi mərasimlər, ictimaiyyətlə iş və nəşrlər şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülzar Məmmədova “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.

Fevralın 29-da Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Avropa Nəşr Mətbu Evi”nin direktoru və mükafat komissiyasının sədri Şöhrət Səlimbəyli alimə Qızıl medal və diplomu təqdim edib.

G.Məmmədova bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasındakı səmərəli fəaliyyəti, muzeyşünaslıq tematikasına uyğun materialların seçilməsi, görkəmli qələm sahiblərinin şəxsi arxivlərinin və Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinin araşdırılmasındakı uğurlu tədqiqatları, çoxsaylı elmi-publisistik kitabları, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və ölkədə filologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: