www.science.az
29.02.2016 11:33

Çürük almalardan enerji əldə etmək mümkün olub

Professor Stefano Passerini və doktor Daniel Buxxolsun başçılıq etdiyi Karlsruye Texnologiya İnstitututundan olan bir qrup tədqiqatçı-alim xarab olmuş almaları natrium-ion batareyalarına çevirməyə müvəffəq olub.

Yeni kəşfin tətbiqinə mobil qurğuların, həmçinin elektromobillərin istehsalında rast gəlmək olar.

Bu nəticə almaları qurutmaqla, tərkibindən "sərt karbon"-un yaradılması üçün lazım olan karbonun çıxardılması yolu ilə əldə olunub. Qeyd edək ki, "sərt karbon" elektrodlarda istifadə edilən ən ucuz və məhsuldar material hesab olunur.

Alimlər tərəfindən yaradılmış karbon anodu yüksək möhkəmliyə malikdir. Sözügedən məhsulun istehsalı üçün lazım olan material litium əsaslı batareyalarda istifadə edilən kobaltdan ekoloji cəhətdən daha təmizdir.

Tədqiqatçılar, bununla yanaşı, batareyalar üçün yüksək məhsuldarlığa malik katod da hazırlayıblar. Alimlər bir neçə natrium oksid qatını bir-birinin üzərinə qoyaraq litium-ion katodlarının effektivliyi ilə müqayisə edilə bilən material əldə ediblər.

www.segodnya.ua