Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Geologiya İnstitutunun gənc əməkdaşı Almaniyada təcrübə keçəcək
09.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya İnstitutunun gənc əməkdaşı Almaniyada təcrübə keçəcək

AMEA Geologiya İnstitutunun gənc əməkdaşı, Neft və qaz geologiyası və geofizikası şöbəsinin mühəndisi Aytən Xasayeva Cənubi Xəzər hövzəsinin dib çöküntülərinin geokimyəvi tədqiqi üzrə təcrübə qazanmaq üçün Almaniyaya səfər edəcək.

Gənc alim Kill şəhərində yerləşən “Helmholtz Center for Ocean Research Kiel Geomar” mərkəzində dənizin dib çöküntüləri ilə əlaqədar geokimyəvi sahələrin formalaşma xüsusiyyətlərini öyrənəcək.

Bu ilin fevralında başlayacaq bir aylıq təcrübə kursu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Mobillik qrantı” layihəsi çərçivəsində təşkil olunur.

  • Paylaş: