www.science.az
23.02.2016 09:24

“Elm aləmində dünya hadisəsi” kitabı nəşr olunub

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən Türk Dil Qurumunun həqiqi üzvü, Azərbaycan və Özbəkistan respublikalarının Əməkdar Elm Xadimi, görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslıya həsr olunan “Elm aləmində dünya hadisəsi” kitabı çap etdirilib.

Yeni nəşr bu elmi müəssisədə akademik H.Araslının 105 illiyinə həsr edilən elmi sessiyanın materialları əsasında hazırlanıb.

Kitabda görkəmli alimin şərəfli həyat yolundan, elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşması və inkişafındakı misilsiz xidmətlərindən bəhs olunur. Nəşrdə H.Araslının Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranmasındakı fəaliyyəti də əksini tapıb.

Kitabda vaxtilə H.Araslı ilə bir yerdə çalışmış muzey əməkdaşlarının ədəbiyyatşünas alimlə bağlı xatirələri də yer alıb.

Nəşrin redaktoru Fatma Əliyeva, tərtibçisi Vüsalə Məmmədovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.