Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA alimləri üçün xaricdə tədqiqat imkanları
17.02.2016 15:27
  • A-
  • A
  • A+

AMEA alimləri üçün xaricdə tədqiqat imkanları

İslam İnkişaf Bankı 2016-2017-ci illər üçün Merit Təqaüd proqramı elan edir. Təqaüd proqramına əsasən İslam İnkişaf Bankına üzv ölkələr üçün tibb, kənd təsərrüfatı ərzaq, su ehtiyatları/səhralaşma, enerji, nanotexnologiyalar və İKT istiqamətlərində doktorantlar üçün (yaşı 35-dən yuxarı olmayan) 3 il və elmlər doktorları hazırlığı üçün (yaşı 40-dan yuxarı olmayan) 6-12 ay müddətində Avropanın müxtəlif universitet və elmi mərkəzlərində tədqiqat aparmaq imkanları yaradılır.

Təqaüd proqramı ilə bağlı bütün xərclər İslam İnkişaf Bankının vəsaiti hesabına maliyyələşdirilir. Ətraflı məlumatı www.isdb.org saytından əldə etmək olar.

Təqaüd proqramında iştirakda maraqlı olan şəxslərdən müvafiq sənədləri 2016-cı il fevral ayının 26-dək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etmələri xahiş olunur.

Tel: (+994 12) 492 66 51

e-mail: malahat.qurbanova@mail.ru 

Ərizə formalarını aşağıdakı linklərdən yükləmək olar: 

fəlsəfə doktoru dərəcəsi üzrə

elmlər doktoru dərəcəsi üzrə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: