Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli alimlər Coğrafiya İnstitutundakı həmkarları ilə görüşüblər
17.02.2016 10:11
  • A-
  • A
  • A+

Türkiyəli alimlər Coğrafiya İnstitutundakı həmkarları ilə görüşüblər

Türkiyəli okeanoloqlar – Beynəlxalq İslam Dövlətlərarası Elmi-Texniki Okeanologiya Şəbəkəsinin icraçı direktoru, professor Mustafa Ergün və Dokuz Eylül Universitetinin Dəniz Elmləri və Texnologiya İnstitutunun professoru Günay Çifçi AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Alimləri Bakıya gətirən əsas səbəb İslam dövlətlərinin Okeanoqrafik Məlumat Mərkəzinin yaradılması və bu məqsədlə Azərbaycanın digər İslam ölkələri ilə iqtisadi, siyasi, ticarət, turizm əlaqələrinin genişləndirilməsi, onun İslam Ölkələri İş Birliyi Təşkilatına qoşulmasıdır.

Alimlər əvvəlcə institutun direktoru, akademik Ramiz Məmmədov və bu müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə ilə görüşüblər. Qonaqlar Coğrafiya İnstitutu və onun fəaliyyəti, burada aparılan elmi tədqiqatlar barədə məlumat əldə edib, təəssüratlarını bölüşüblər.

İnstitutun elmi seminarında professor M.Ergün “Beynəlxalq İslam Dövlətlərarası Elmi-Texniki Okeanologiya Şəbəkəsi” mövzusunda, professor G.Çifçi isə Dəniz Elmləri və Texnologiya İnstitutu barədə məruzələr ediblər.

Akademik R.Məmmədov identik layihənin yaradılmasının məqsədəuyğunluğunu diqqətə çatdırıb.

Sonda tərəflər arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: