www.science.az
15.02.2016 09:49

Almaniya alimləri ən dəqiq atom saatı yaradıblar

Almaniyanın Fizika-Texnika Federal İnstitutunun alimləri dünyada ən dəqiq atom saatı yaradıblar. 

Saatın mexanizmi itterbium ionlarının titrəyişini saniyədə trilyonlarla dəfə ölçür ki, bu da yüksək dəqiqlik əldə etməyə imkan verir. Alimlər bu saatın yaradılmasında itterbium ionlarının bir neçə nadir xüsusiyyətindən istifadə edərək ionların iki enerji vəziyyətində olmasına nail olublar.

Əvvəllər atom saatının yaradılmasında istifadə olunan sezium atomu titrəməsi ilə müqayisədə itterbium atomunun titrəmə tezliyi yüksək olduğundan yeni atom saatı 100 dəfə daha dəqiq işləyir.

Atom saatı kosmik gəmi, peyk, ballistik raket, təyyarə, sualtı qayıqların mövqeyinin təyin edilməsi üçün, eyni zamanda, peyk vasitəsilə avtomatik rejimdə hərəkət edən avtomobillərdə naviqasiyada istifadə edilir.

www.sciencealert.com