Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2016 16:17
  • A-
  • A
  • A+

AMEA-nın bir sıra elmi müəssisə və institutlarında 2 Fevral - Gənclər Günü qeyd edilib

AMEA-nın bir sıra elmi müəssisə və institutlarında 2 Fevral - Gənclər Günü qeyd edilib

2 Fevral - Gənclər Günü AMEA-nın bir sıra elmi müəssiə və institutlarında qeyd edilib. Bu münasibətlə Memarlıq və İncəsənət İnstitutunda təşkil olunmuş tədbirdə çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pərvanə Əliyeva qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Ölkəmizdə 1993-cü ildən başlayaraq bütün istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də vacib addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün müasir müstəqil Azərbaycan Respublikasını daha da gücləndirir. Gənclərimizin sorağı beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından eşidilir.

Sonda bu elmi müəssisənin ictimai həyatında fəal iştirak edən bir qrup gəncə - Ramil Quliyev, Elşad Əliyev, Əlləz  Əhmədova  institutun Gənc Alim və Mütəxəssislər Şurasının Fəxri Fərmanları  təqdim olunub.

AMEA-nın Əlyazmalar İnstitutunda Gənclər gününə həsr edilmiş elmi seminarda isə bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fil.ü.f.d. Nailə Mustafayeva iştirakçıları təbrik edib, bu günün bayram kimi qeyd olunmasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

Seminarda institutun gənc əməkdaşı, baş mütəxəssis Aytən Hüseynovanın “Mir Cəlal  Paşayev yaradıcılığına bir baxış” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov və elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynadığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: