Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Gənclər Günü münasibətilə Fəxri Fərmanla təltif edilib
02.02.2016 13:06
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Gənclər Günü münasibətilə Fəxri Fərmanla təltif edilib

Fevralın 1-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ali və orta ixtisas məktəblərinin tələbələri, şagirdlər, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, siyasi partiyaların, ictimai təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüblər.

Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. O, hesabat məruzəsi ilə çıxış edərək rayonda bu sahədə görülən işlər barədə məlumat verib. Azərbaycan Gəncləri Günü münasibətilə idarə tərəfindən keçirilən tədbirlərin rayon gənclərinin böyük marağına səbəb olduğu diqqətə çatdırılıb.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Bakı Dövlət Universitetinin tələbəsi Nigar İbrahimova, Bakı 3 saylı “ASAN xidmət” mərkəzinin əməkdaşı Türkan Hacıyeva çıxışlarında ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışıblar.

Tədbirdə ölkəmizin, o cümlədən rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən, habelə bir sıra müsabiqələrin qalibləri olan bir qrup gənc Yasamal rayon gənclər və idman idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif ediliblər. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov  da “2 Fevral – Gənclər Günü” münasibətilə elmdə əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: